Ginnes Dünya Rekordları Kitabı yalnız böyüklərin deyil, uşaqların da qeyri-adi bacarıqlarını və uğurlarını qeyd etməsi ilə məşhurdur. Son illərdə müxtəlif ölkələrdən bir çox gənc rekordçular öz sahələrində istedadlarını göstərərək dünya səhnəsində diqqət mərkəzinə düşüblər. Bu uşaqlar arasında rəssamlıq, intellektual bacarıqlar, idman və hətta oyunlar sahəsində fərqlənənlər var. Onların bu uğurları yalnız fərdi nailiyyət kimi qiymətləndirilmir, həm də cəmiyyətə ilham verir və gənc nəsilin potensialını ortaya qoyur.
AzEdu.az bununla bağlı araşdırma aparıb.
Qana əsilli Ace-Liam Nana Sam Ankrah yalnız 1 yaşında olmasına baxmayaraq rəssamlıqla məşğul olub. Onun rəsm əsərləri sadəliyi və təbiətə olan sevgini əks etdirir. Ace-Liam 2026-cı ilin Guinness Rekordlar Kitabında ən gənc rəssam kimi yer alıb.
Böyük Britaniyadan olan Joseph Harris-Birtill 2 yaş 182 günlük yaşında Mensa cəmiyyətinə qəbul olunub. O, beləliklə dünyanın ən gənc Mensa üzvü olub. Bu nailiyyət erkən yaşda yüksək intellektual qabiliyyətlərin inkişafını göstərir.
Nigeriyalı 15 yaşlı Kanyeyachukwu Tagbo-Okeke 12,304 kvadrat metr ölçüsündə rəsm əsəri yaradıb. Bu əsər autizm mövzusunda maarifləndirmə məqsədi daşıyır və “Impossibility is a Myth” adlanır. Kanyeyachukwu bu nailiyyətlə dünyanın ən böyük rəsm kətanı rekordunu qırıb.
Yaponiya əsilli 9 yaşlı Ema Kawakami skateboardingdə yeni rekorda imza atıb. O, üç ardıcıl 900° fırlanma edərək bacarığını və cəsarətini nümayiş etdirib.
Avstraliyada isə uşaqların xatirəsinə 900-dən çox insan eyni anda Monopoly oynayıb. Bu tədbir nəticəsində yeni dünya rekordu qırılıb.