2021-ci il üzrə beynəlxalq statistikalara görə, dünyada 0-19 yaş arası uşaqlar və yeniyetmələr arasında Tip 1 diabetin yeni halları əsasən bir neçə ölkədə daha çox qeydə alınıb.
AzEdu.az mövzu ilə bağlı araşdırma edib.
Belə ki, Hindistan bu sahədə ilk sırada dayanır burada hər il təxminən 24 min uşaq və yeniyetməyə Tip 1 diabet diaqnozu qoyulur. Bu, ölkənin böyük əhalisi və sağlamlıq sistemində diaqnostik imkanların genişlənməsi ilə bağlıdır.
İkinci yerdə ABŞ gəlir. Burada hər il 18 min 200 uşaq bu xəstəliklə qarşılaşır. ABŞ bu sahədə həm də ən yüksək tibbi infrastruktur və monitorinq sistemlərinə malik ölkələrdəndir.
Daha sonra Braziliya gəlir bu ölkədə illik təxminən 8 min 900 yeni Tip 1 diabet hadisəsi qeydə alınır. Əlcəzairdə isə bu rəqəm 6 min 500, Çində isə 6 min 100 nəfər civarındadır.
Növbəti sıralarda Mərakeş, Rusiya, Nigeriya, Səudiyyə Ərəbistanı və Almaniya gəlir. Bu ölkələrin hər birində hər il təxminən 3.5-5 min arasında yeni Tip 1 diabetli uşaq aşkarlanır.
Diaqnostik imkanların və əhalinin sayının çox olması, eləcə də genetik və ətraf mühit faktorları bu rəqəmlərə təsir edir. Ən çox sayla lider ölkələr Hindistan, ABŞ və Braziliya həm səhiyyə sistemlərində aparılan daha geniş yoxlamalar, həm də xəstəlik barədə maariflənmənin artması ilə əlaqələndirilir.