Azedu.az

Uşaqlar üçün əyləncə mərkəzləri - dünya ölkələri nələri qadağan edir?

Araşdırma

8 Sentyabr 2025, 14:18
Uşaqlar üçün əyləncə mərkəzləri - dünya ölkələri nələri qadağan edir?

Uşaqlar üçün əyləncə yerləri bütün dünyada fərqli yanaşmalarla qurulur və hər ölkənin öz tələbləri, qaydaları var.

AzEdu.az bu barədə araşdırma aparıb. Məsələn, ABŞ-də Disneyland və Universal Studios kimi böyük parklar uşaqlar arasında çox məşhurdur. Burada atraksionlara minmək üçün minimum boy limitləri var və təhlükəsizlik qaydalarına ciddi riayət edilir. 

Yaponiyada isə uşaqlar üçün əyləncə parkları daha çox tematik və təhsil yönümlüdür. KidZania Tokyo kimi mərkəzlərdə uşaqlar həm əylənir, həm də gündəlik həyatda qarşılaşa biləcəkləri peşələri öyrənirlər. Bəzi sürətli və intensiv atraksionlar azyaşlılar üçün məhdudlaşdırılıb.

Avropada, xüsusən Almaniya və Fransada, açıq hava parkları və ekoloji temalı oyun sahələri çox populyardır. Burada uşaqların təhlükəsizliyi ön planda tutulur, yüksək səs-küy və təhlükəli oyunlar qadağan olunur. Tarixi və mədəni mövzulu əyləncə mərkəzləri də uşaqlar üçün ön planda tutulur.

Birləşmiş Ərəb Əmirliklərində isə uşaqlar üçün futuristik və texnoloji mərkəzlər önə çıxır. Ticarət mərkzələrinin  içərisində yerləşən əyləncə parklarında həm klassik atraksionlar, həm də VR və AR texnologiyasına əsaslanan oyunlar var. Burada bəzi animasiya və geyimlər uşaqlar üçün uyğun sayılmır və müəyyən qadağalar mövcuddur.

İslandiyada uşaqlar üçün əyləncə yerləri daha çox təbiətə yaxın və ekologiyaya yönəlmişdir. Reykyavikdəki oyun parkları vulkan və geotermal mövzulu temalı atraksionlar təqdim edir. Burada təhlükəsizliyin təmin olunması üçün atraksionlara yaş və boy limitləri tətbiq olunur, həmçinin soyuq hava və vulkan aktivliyi nəzərə alınaraq bəzi oyunlar qış aylarında məhdudlaşdırılır.

Braziliyada parklar uşaqların həm fiziki, həm də sosial bacarıqlarını inkişaf etdirmək üçün böyük oyun meydançaları təqdim edir. Qadağalar əsasən təhlükəli atraksionlara və su parklarında yetkin nəzarəti tələb edən sahələrə aiddir.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox