Azedu.az

Qlobal statistika: uşaqlar arasında depressiya və narahatlıq artıb

Araşdırma

4 Sentyabr 2025, 15:27
Qlobal statistika: uşaqlar arasında depressiya və narahatlıq artıb

Uşaqlar arasında psixi pozğunluqlar qlobal səviyyədə ciddi problemlərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 10-19 yaş arası hər yeddinci uşaq psixi sağlamlıq problemi yaşayır. Ən çox rast gəlinən hallar depressiya, narahatlıq və davranış pozğunluqlarıdır.

AzEdu.az bununla bağlı araşdırma aparıb.

Ölkələr üzrə vəziyyət belədir: Qrinlandiyada hər 100.000 uşaqdan 13.325-i psixi pozğunluq yaşayır və bu, dünyada ən yüksək göstəricidir. ABŞ-də 13-18 yaş arasındakı uşaqların təxminən 46%-i həyatlarının bir mərhələsində psixi pozğunluq keçirir. Portuqaliyada isə illik xəstəlik yükü hər 100.000 nəfərə 2.975-dir. Yunanıstan və ABŞ-də isə bu göstəricilər müvafiq olaraq 9.438 və 9.972 təşkil edir.

Uşaqların psixi sağlamlığına təsir edən əsas amillər arasında təhsil sistemi və akademik təzyiq, sosial media və texnologiyadan istifadə, həmçinin cinsiyyət fərqləri durur. Araşdırmalar göstərir ki, qızlar narahatlıq və depressiyadan daha çox təsirlənir, oğlanlar isə zorakılığa daha çox məruz qalır.

Ekspertlər bildirir ki, hər ölkə öz sosial, təhsil və səhiyyə sistemini nəzərə alaraq uşaqların psixi sağlamlığını dəstəkləyən siyasətlər hazırlamalıdır. COVID-19 pandemiyası dövründə bu ehtiyac daha da aktuallaşıb, çünki uşaqların həm akademik, həm fiziki, həm də psixi vəziyyəti əhəmiyyətli dərəcədə zəifləyib.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox