Valideynlərin övladlarından imtina etməsi ciddi sosial problem kimi bir çox ölkədə müşahidə olunur. Bu hallar adətən iqtisadi çətinliklər, sosial təzyiqlər və ailə problemləri ilə bağlıdır. Valideynlər müxtəlif səbəblərdən övladlarını tərk etmək məcburiyyətində qalırlar. Ölkələr arasında bu məsələ müxtəlif səviyyədə yayılıb və fərqli səbəblərlə əlaqələndirilir.
AzEdu.az mövzu ilə bağlı araşdırma edib.
Rusiya
UNICEF və digər mənbələrə görə, Rusiya uşaq internatlarında körpə və uşaqların sayı çox yüksəkdir. 600,000-dən çox uşaq "valideyn himayəsi" olmadan böyüyür və bu uşaqların təxminən üçdə biri valideynlər tərəfindən tərk edilmiş "sosial yetimlər" kateqoriyasına daxildir.
Çin
Çində daxili miqrasiya səbəbindən valideynləri şəhərlərdə işləyən və kənddə qalan uşaqların sayı çox yüksəkdir. UNICEF-ə görə, təxminən 69 milyon uşaq valideyni tərəfindən tərk edilmiş hesab olunur bu, kənd yerlərindəki uşaqların təxminən 30%-ni təşkil edir.
Hindistan
Proqnozlara görə, hər gün 100-dən çox uşaq Hindistanda valideynlərindən imtina edilir. Sosial qınaq, iqtisadi çətinliklər və gender bərabərsizliyi (xüsusilə qadın uşaqların tərk edilməsi) əsas səbəblər sırasındadır.
Avropa ölkələri
Araşdırmalar göstərir ki, Slovakiya (4.9 bəbəkdə 1,000 canlı doğumda), Çexiya (4.1), Litva (3.9) və Polşa (3.7) kimi ölkələrdə uşaq tərk etmə halları rəsmən daha yüksəkdir.