Dünya üzrə körpə ölümləri hələ də bəzi ölkələrdə stabil olaraq yüksək qalır.
AzEdu.az bu barədə araşdırma aparıb.
2024-cü ilin məlumatlarına görə, ən yüksək körpə ölüm nisbətinə sahib ölkələr Əfqanıstan, Somali, Mərkəzi Afrika Respublikası, Ekvatorial Qvineya, Sierra Leone və Çad kimi ölkələrdir. Bu ölkələrdə hər 1000 doğuşa düşən körpə ölümü 60-101 arasında dəyişir.
Əfqanıstan bu göstərici ilə 101.3 ölüm nisbəti ilə liderdir, Somali isə 83.6 ilə ikinci yerdədir. Ekspertlər bildirirlər ki, yüksək körpə ölüm nisbəti müharibə, yoxsulluq, səhiyyə xidmətlərində çatışmazlıq, təhsil səviyyəsinin aşağı olması və sanitariya şəraitinin pis olması ilə bağlıdır. Həmçinin, doğuş zamanı tibbi yardım çatışmazlığı və infeksion xəstəliklər də bu problemi artırır.
Qlobal səviyyədə isə vəziyyət fərqlidir. Sinqapur, Monako, Estoniya, Yaponiya və Sloveniya kimi ölkələrdə hər 1000 doğuşa düşən körpə ölümü 2-dən aşağıdır və bu, yüksək səviyyəli səhiyyə və yaxşı sosial şəraitin nəticəsidir.
Mütəxəssislər valideynlərə və hökumətlərə körpə ölümlərinin azalması üçün səhiyyə sistemini gücləndirməyi, təhsili artırmağı və sanitariya şəraitini yaxşılaşdırmağı tövsiyə edirlər.