Uşaq rifahının təmin olunması və hər bir uşağın ailə mühitində böyüməsi bütün cəmiyyətlər üçün prioritet məsələdir. Övladlığa götürmə isə bu məqsədə çatmağın mühüm yollarından biridir. Maraqlıdır ki, bəzi ölkələr bu sahədə digərlərinə nisbətən daha aktivdir. Bəs ən çox hansı ölkədə uşaqlar övladlığa götürülür?
AzEdu.az mövzu ilə bağlı araşdırma edib.
ABŞ hər il ən çox daxili övladlığa götürmə prosesinin həyata keçirildiyi ölkə olaraq qalır. Təkcə 2024-cü ildə bu ölkədə təxminən 120 min uşaq övladlığa götürülüb ki, bu da dünyada ən yüksək göstərici hesab olunur.
ABŞ-də övladlığa götürmə prosesinin geniş yayılmasına əsas səbəblərdən biri inkişaf etmiş hüquqi baza, uşaq rifahı proqramlarının mövcudluğu və valideyn olmağa maraqlı ailələrin çoxluğudur. Bu halların böyük əksəriyyəti dövlətin himayəsində olan uşaqların ailə mühitinə qaytarılması məqsədi daşıyır.
Avropa ölkələri arasında isə Birləşmiş Krallıq, Almaniya və Polşa daxili övladlığa götürmə sahəsində öndə gedən ölkələr sırasındadır. Eyni zamanda əhalinin sayına görə ən yüksək övladlığa götürmə göstəriciləri Bolqarıstan, Danimarka və Kipr kimi ölkələrdə müşahidə olunub.