Azedu.az

Ən çox müəllim hansı ölkədədir? - ARAŞDIRMA

Araşdırma

25 İyul 2025, 14:29
Ən çox müəllim hansı ölkədədir? - ARAŞDIRMA

UNESCO-nun təhsil statistikasına əsasən, hazırda dünyada təxminən 85 milyon müəllim fəaliyyət göstərir. Bu göstərici 2023-cü ilə olan rəsmi məlumatlara əsaslanır və həm ibtidai, həm də orta təhsil pillələrində çalışan pedaqoqları əhatə edir.

AzEdu.az-ın apardığı araşdırmaya görə müəllimlik peşəsində kəmiyyət cəhətdən Çin və Hindistan ön sıradadır. Çin təhsil sistemində təxminən 18 milyon, Hindistanda isə təxminən 11 milyon müəllim çalışır. Bu ölkələrdə həm əhalinin çoxluğu, həm də genişlənmiş təhsil infrastrukturunun təsiri ilə müəllim sayında yüksək dinamika müşahidə olunur.

Müqayisə üçün qeyd edək ki, ABŞ-də təxminən 3.6 milyon, İndoneziyada 3.3 milyon, Braziliyada isə 2.6 milyon müəllim fəaliyyət göstərir. Avropa ölkələrində bu göstəricilər daha nizamlı artım tempinə malikdir. Məsələn, Almaniyada təxminən 800 min, Fransada 900 minə yaxın müəllim mövcuddur.

Azərbaycanda isə Təhsil Nazirliyinin 2024-cü il məlumatına əsasən, ümumi təhsil müəssisələrində təxminən 150 mindən çox müəllim fəaliyyət göstərir.

Ekspertlər bildirirlər ki, bu rəqəmlər təkcə müəllim çatışmazlığı və ya artıq yüklənməni deyil, həm də ölkələrdə təhsilə qoyulan resurs və siyasətlərin nəticəsini əks etdirir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə müəllim çatışmazlığı təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox