Azedu.az

Rəsədxana: Geomaqnit sahəsinin aktiv olacağı gözlənilir

Araşdırma

Müəllimlər və elm adamları

9 Dekabr 2024, 16:40
Rəsədxana: Geomaqnit sahəsinin aktiv olacağı gözlənilir

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AzEdu.az-a bildirilib ki, Günəşin səthində 103 ləkə müşahidə olunur. 

Günəş küləyinin maksimal sürəti saniyədə 542 kilometrədək artıb. 

Dekabrın 9-dan 15-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faizdir.

Günəş küləyinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə dekabrın 9-dan 11-dək sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə dekabrın 9-11-də aktiv olacağı proqnozlaşdırılır. Geomaqnit qasırğası gözlənilmir.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox