Azedu.az

Bu orqan beyinlə oxşar funksiya yerinə yetirir - Universitetən ARAŞDIRMA 

Araşdırma

8 Dekabr 2024, 11:38
Bu orqan beyinlə oxşar funksiya yerinə yetirir - Universitetən ARAŞDIRMA 

Nyu York Universitetində aparılan araşdırma xatirələrimizin təkcə beynimizdə saxlanmadığını ortaya çıxarıb.

AzEdu.az  “Nature Communication” jurnalına istinadən xəbər verir ki, bu araşdırmanı Nyu-York Universitetinin nevroloqu Nikolay Kukuşkin araşdırma aparıb.

Məlum olub ki, beyin hüceyrələri xatirələrimizi saxladığı kimi böyrək hüceyrələri də eyni funksiyanı yerinə yetirir.

"Öyrənmə və yaddaş çox vaxt yalnız beyin hüceyrələri ilə əlaqələndirilir, lakin bizim araşdırmamız göstərir ki, orqanizmin digər hüceyrələri də öyrənə və yaddaş formalaşdıra bilər", - deyə Kukuşkin bildirib.

“Georgia College” universitetindən nevroloq Aşok Hedce bu kəşfin gələcəkdə yaddaş itkisindən əziyyət çəkən insanlara böyük fayda verəcəyini və “Alzheimer” kimi xəstəliklərin qarşısının alına biləcəyini qeyd edib.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox