Azedu.az

Depressiya yeniyetmə və yaşlıların beyinlərinə fərqli təsir göstərir - TƏDQİQAT

Araşdırma

28 Sentyabr 2024, 08:36
Depressiya yeniyetmə və yaşlıların beyinlərinə fərqli təsir göstərir - TƏDQİQAT

ABŞ, Çin, Böyük Britaniya və Avstraliyadan olan tədqiqatçılar depressiyanın yeniyetmə və yaşlıların beyninə fərqli təsir göstərdiyini aşkarlayıblar. 

AzEdu.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, nəticələri “Nature Mental Health” jurnalında dərc olunan araşdırmada ABŞ, Çin, İngiltərə və Avstraliyadan olan alimlər depressiv pozğunluq diaqnozu qoyulan 12-25 yaş arası 810 nəfərin beynini tədqiq ediblər.

Tədqiqatçılar depressiya diaqnozu qoyulanların beyin skanerlərini qalan 370 sağlam insanın beyinləri ilə müqayisə ediblər. Onlar depressiya diaqnozu qoyulan gənclərin beyin bölgələrinin bir-biri ilə ünsiyyətində müəyyən pozğunluqlar olduğunu təsbit ediblər. Bu pozulmaların yaşlılardakından fərqli olub. Alimlər bu fərqlərin böyüklüyü sayəsində insanın depressiya səviyyəsinin proqnozlaşdırıla biləcəyini də bildiriblər. 

Yeniyetmələr və yaşlılar arasında depressiya müalicəsində fərqlər də mövcuddur. Yetkin xəstələrin beynindəki pozuntuların mənşəyi bilindiyi üçün depressiyanın müalicəsində istifadə edilən transkranial maqnit stimulyasiya (TMS) ümumi bir müalicə üsulu olaraq istifadə edilir. Tədqiqatçılar gənclərdə bunun fərqli olduğunu deyirlər. Onlar bu araşdırmanın depressiya diaqnozu qoyulmuş gənclərin beyinlərində pozulmaları aşkarlamağa kömək etdiyini bildiriblər.

Tədqiqatın müəlliflərindən biri, Avstraliyanın Melburn Universitetinin Psixiatriya Departamentinin professoru Andryu Zaleski diqqətə çatdırıb ki, depressiyaya düşən gənclərdə unikal dövrə pozğunluqları da var. Professor gənclərin müalicəsində geniş istifadə edilən beyin stimullaşdırma üsullarının effektivliyini və təhlükəsizliyini yoxlamaq üçün araşdırmalara ehtiyac olduğunu diqqətə çatdırıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox