Ali məktəblərə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdinə az vaxt qalır.
Qəbul imtahanlarının 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 5 may - 21 iyun aralığında aparılıb.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, qəbul imtahanının 2-ci cəhd üçün ümumilikdə 61624 nəfər abituriyent qeydiyyatdan keçib. Onlardan 55648 nəfər öz ərizəsində Azərbaycan bölməsini, 5976 nəfər isə rus bölməsini qeyd edib.
Qəbul imtahanlarının 2-ci cəhdi aşağıdakı tarixlərdə keçiriləcək:
- III ixtisas qrupu üzrə 8 iyul;
- II ixtisas qrupu üzrə 9 iyul;
- I ixtisas qrupu üzrə 22 iyul;
- IV ixtisas qrupu üzrə 23 iyul.