Azedu.az

 Süni intellektin inkişafı bəşəriyyətin ölüm riskini yaxınlaşdırır

Araşdırma

15 May 2023, 11:57
 Süni intellektin inkişafı bəşəriyyətin ölüm riskini yaxınlaşdırır

Britaniyalı alim Stüart Rassel süni intellektin yaranmasının bəşəriyyəti fəlakətlə təhdid etdiyini bildirib.

AzEdu.az xəbər verir ki, Stüart Rassel bu barədə “The Times” nəşrinə müsahibəsində deyib.

“Sizdən daha güclü olan süni intellekt şəbəkələri üzərində hakimiyyəti necə qoruyacaqsınız? Cavabınız yoxdursa, bu sahədə tədqiqatları dayandırın. Biz gələcək varlığımızla bağlı səsvermə hüququndan məhrumuq", -deyə Stüart Russell The Times  jurnalına müsahibəsində vurğulayıb.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin sədri Mark Milley süni intellektin (AI) müharibədə ən son texnologiyaların da güclü olacağını söyləyib.

O, həmçinin “pis bir hadisənin baş verəcəyini” gözləmədən, süni intellektin tənzimlənməsinə cavabdeh olan agentliyin mümkün qədər tez yaradılmasına çağırıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox