Rusiyalıların təxminən 42%-i yüksək həyəcan səbəbindən işlərini tərk edir.
Azedu.az xəbər verir ki, bu barədə “Renaissance Insurance” qrupu ilə “Zarplaty.ru” tədqiqat mərkəzinin birgə araşdırmasının nəticələrində bildirilir.
2023-cü ilin aprel ayında keçirilən sorğuda, 25-55 yaş arası 1860 adam iştirak edib.
“Rusiyalıların yarıdan çoxu sağlamlıq problemləri səbəbindən işlərini itirməkdən qorxur (61%). Onlardan 44%-i 2023-cü ilin əvvəlindən qorxunun hər saniyə artdığını, 17%-i isə daimi stress yaşadığını etiraf edib. Bu cür qorxular əsassız deyil, çünki hər üç nəfərdən biri və ya 35% artıq səhhətində yaranan problemlərə görə işini tərk etməli olub və hər iki nəfərdən biri -42% hesab edir ki, bunun səbəbi işdə çox yüksək səviyyədə narahatlıq və stress keçirməsi olub.
Sorğunun nəticələrinə görə, hər dördüncü respondent - 28%- əmindir ki, Könüllü Tibbi Sığortanın bütün sahələri əhatə etməsi həyəcan və narahatlıqların sayını azalmasına kömək edəcək. Xəstələnən zaman tam müalicə kursu üçün məcburi kompensasiya respondentlərin 20% -ni sakitləşdirir və hər altıncı adam -18%- yerinə yetirə biləcəyi başqa bir vəzifəyə keçmək imkanından məmnun olur. Narahatlığı azaltmağın yolları arasında rəyi soruşulanlar sanatoriyalara müntəzəm səfərlərin - 17%- və sağlamlıq müayinəsindən keçmək üçün illik məzuniyyətlərin -13%- mümkünlüyünü qeyd edirlər.