Azedu.az

Hər 4 müəllimdən 1-i özünü utancaq hesab edir

Araşdırma

20 Aprel 2023, 11:10
Hər 4 müəllimdən 1-i özünü utancaq hesab edir

SuperJob sosial tədqiqatlar mərkəzinin sorğusu göstərib ki, Rusiyadakı müəllimlərin əksəriyyəti (60%) özünə güvənən mütəxəssislərdir. Eyni zamanda, araşdırmada iştirak edən müəllimlərin 23%-i özlərini utancaq şəxslər adlandırıblar.

AzEdu.az xəbər verir ki, özünə güvənən peşəkarların ilk onluğunda müəllimlər marketoloqlardan sonra  ikinci yerdə gəliblər (76%).

Satış menecerləri (68%), hüquqşünaslar (62%), iqtisadçılar (61%) və katiblər (66%) müəllimlərdən bu sahədə geri qalırlar. Ən utancaq peşə sahibləri dizaynerlər (57%), çağırı mərkəzi operatorları (43%), HR menecerləri (38%) və proqramçılar (36%) olub.

Maraqlıdır ki, müəllimlər arasında qərarsız insanların faizi xüsusilə yüksəkdir: Onlardan 17%-i özlərini nə məqsədyönlü, nə də utancaq adam kimi müəyyən edə bilib.

Bu sahədə bizim respublikada müxtəlif peşə sahibləri arasında vəziyyət necədir? Təhqiqat aparmağa dəyər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox