Azedu.az

Rusiya sahillərində güclü zəlzələ baş verdi

Araşdırma

8 Mart 2023, 11:18
Rusiya sahillərində güclü zəlzələ baş verdi

Kamçatka sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.

 

Yeraltı təkanların episentri Severo-Kurilsk şəhərindən 128 km aralıda yerləşir. Zəlzələ barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də məlumat yayıb.

 

Mərkəzin məlumatına görə, zəlzələ Severo-Kurilsk şəhərindən 100 km aralıda, 60 km dərinlikdə baş verib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox