Azedu.az

Mançesterdə itkin düşən azərbaycanlı tələbə tapılıb

Araşdırma

3 Yanvar 2023, 15:45
Mançesterdə itkin düşən azərbaycanlı tələbə tapılıb

Mançesterdə itkin düşdüyü deyilən azərbaycanlı tələbə Fəridə Əliyeva tapılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun bacısı Səbinə Əliyeva məlumat verib:

 

“Bacım yaşadığı evi dəyişdiyi və telefonu bir neçə gün sönülü olduğu üçün əlaqə qura bilmədik və narahat olduq. Düşündük ki, bəlkə azərbaycanlı tələbələrdən kimləsə əlaqəsi olar, ona görə də post paylaşdıq. Ancaq dünən artıq biz onun sağ salamat olduğunu və yerini bildik”, - deyə o qeyd edib.

 

 

Qeyd edək ki, Mançesterdə təhsil alan həmvətənimiz Fəridə Əliyeva Elman qızının itkin düşməsi ilə bağlı 27 dekabrda polisə məlumat verilib.

 

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox