Son 5 ildə Təhsil Nazirliyi sistemində olan universitetlərin professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair 216 sifariş verilib.
AzEdu.az xəbər verir ki, ixtiralara alınan patentlərin sayı isə 164 olub, onlardan 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda alınıb.
Təhsil Nazirliyi, AMEA və ölkəmizin 9, Avropa Birliyinin isə 5 ali təhsil müəssisəsi tərəfindən “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması” NİZAMİ layihəsi həyata keçirilir.
2018-ci ildə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021- ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb.Bu müqavilə “Web of Science” platformasının rusdilli elmi nəşrlər bazasına və ölkə üzrə elm fəaliyyətin əhatəli təhlilində imkan verən “İnCites” platformasına çıxışın təmin olunmasını nəzərdə tutur.