Azedu.az

AMEA-nın yeni akademik-katibi seçildi

AMEA

1 May 2019, 15:50
AMEA-nın yeni akademik-katibi seçildi

Mayın 1-də akademiyanın illik ümumi yığıncağında AMEA-nın akademik-katibi və Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.

AzEdu.az xəbər verir ki, gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçilib.

Ümumi yığıncaqda açıq səsvermə yolu ilə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın akademik-katibi vəzifəsini icra edən seçilib.

TERROR AKTI - Rusiya konsulluğu PARTLADILDI
Son xəbərlərDaha çox