AzEdu.az xəbər verir ki, müqaviləni institutun direktoru, akademik Validə Əlizadə və fakültənin dekanı, akademik Mixail Kirpiçnikov imzalayıblar.
Sənədə əsasən, tərəflər göbələk, yosun və bitkilərin sistematikası, filogeniyası, ekologiyası, fiziologiyası və biokimyası sahələri üzrə birgə tədqiqatlar aparmaq, təbii nümunələr, herbari nüsxələri və təmiz kulturaları mübadilə etmək, birgə layihələr reallaşdırmaq, toplantı, seminar və konfranslar keçirmək barədə razılığa gəliblər.