Gənclərin gələcək karyerasında və cəmiyyətin inkişafında ali təhsil mühüm rol oynayan amillərdən biridir. Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün səy göstərir və onların əksəriyyəti ölkənin aparıcı təhsil müəssisələrinə üstünlük verir.
Dövlət İmtahan Mərkəzinin 2024–2025-ci tədris ili üzrə qəbul və buraxılış imtahanlarının nəticələrinə əsaslanan statistik məlumatları əks etdirən “Abituriyent 12” jurnalında ölkənin bütün regionları üzrə abituriyentlərin ən çox üstünlük verdiyi universitetlərin siyahısı açıqlanıb.
Maraqlıdır, Abşeron-Xızı regionu üzrə abituriyentlər ən çox hansı universitetlərə qəbul olub?
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata əsasən, Abşeron şəhəri üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub.
Sumqayıt şəhəri üzrə üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universitetinə qəbul olub.
Xızı şəhəri üzrə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Sumqayıt Dövlət Universitetinə qəbul olub.