Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Aynur Rüstəmova Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Bu barədə AzEdu.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Aynur Rüstəmova 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin “Filologiya” ixtisası üzrə bakalavriat, 2008-2010-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Filologiya” ixtisası üzrə magistratura səviyyələri üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 1998-ci ildə Bakı şəhəri 51 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim kimi başlayıb. 2006-2022-ci illər ərzində Bakı Avropa Liseyi və Bakı şəhəri 20 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim və direktor müavini kimi çalışıb. 2022-ci ildən isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. Aynur Rüstəmova bir sıra dərslik, metodik vəsait və ümumtəhsil müəssisələri üçün nəzərdə tutulmuş proqramların müəllifi və həmmüəllifidir.
O, həmçinin bir çox yerli və beynəlxalq layihələrdə iştirak edib və 2009-cu ildə keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.