Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-03 14:20:00
Peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı açıqlandı

“Peşə təhsili haqqında” Qanun qəbul olunub2018-ci ildə “Peşə təhsili haqqında” Qanun qəbul olunub. 

 

Koreya təhsil standartları əsasında Peşə Təhsil Mərkəzinin tikintisinə başlanılıb

Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Mərkəz 2019-2020-ci tədris ilində fəaliyyətə başlayacaq. 

24 mütəxəssis Koreya Respublikasında təlimlərdə

Yeni fəaliyyətə başlayacaq Peşə Təhsil Mərkəzinə 24 ixtisaslı mütəxəssis cəlb olunub və onların Koreya Respublikasında təlimlərdə iştirakı təmin edilib. 

15 mindən çox tələbə peşə təhsili müəssisələrinə qəbul olunub

2018-2019-cu tədris ilində 15 mindən çox tələbə “ASAN Peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə qəbul olunub. Sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı layihənin birinci ili ilə müqayisədə 3 dəfə artıb. 

20 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi

2018-ci ildə regionlarda rasionallaşdırma və optimallaşdırma tədbirlərinin davamı olaraq 20 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb. 

24 Peşə Təhsil Mərkəzi yaradılıb

Ümumilikdə 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb.  

“ASAN Peşə” Təhsil Mərkəzi fəaliyyətə başlayıb

Ötən il Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin açılışı olub. 

Mühəndis-pedaqoji heyətin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb

2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirilməsi aparılan 2000-dək mühəndis-pedaqoji heyətin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb. 

23 ixtisas üzrə səriştə əsaslı təhsil proqramı (kurikulum) və 100 modul-dərslik vəsaiti hazırlanıb

2018-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım  və 4 qrant layihələri çərçivəsində ümumilikdə 23 ixtisas üzrə səriştə əsaslı təhsil proqramı (kurikulum) və 100 modul-dərslik vəsaiti hazırlanıb.