Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-02 17:40:00
Müəllim qeyri-adi kitabxana düzəltdi - FOTOLAR

42 ildir müəllim işləyən Antonio La Cava uşaqları oxumağa həvəsləndirmək üçün kəndbəkənd gəzərək kitab paylayır.

AzEdu.az xəbər verir ki, İtaliyalı müəllim 2003-cü ildə mobil kitabxana yaratmaq üçün üç təkərli avtomobil alaraq onu modifikasiya edib. Özünün dizayn etdiyi kitabxanaya “Bibliomotocarro” adı verib.

2003-cü ildən etibarən “Bibliomotocarro” xidmət göstərir...

Hər həftə “Bibliomotocarro”nun xüsusi siqnal səsi ilə İtaliyanın cənubunda yaşayanlar Antoninin gəlişindən xəbər tuturlar. Bu siqnalı eşidəndə uşaqlar, artıq kitablarını dəyişməyin vaxtı gəldiyini bilirlər. Təqaüdçü müəllim uşaqları sevindirmək üçün hər ay təxminən 500 km məsafə qət edir.

Qeyd edək ki, kitabxanada La Cavanın öz büdcəsi hesabına aldığı 700 kitab var.