Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-01 13:53:00
Bu il üçün fəsillərin daxilolma vaxtları açıqlandı  

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.

AzEdu.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. 

Onun sözlərinə görə, yaz fəslinin ölkəmizə qədəm qoyması martın 21-də yerli vaxtla saat 01:58-ə təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək. İyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.