Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-01 17:15:00
Alimlər spirtli içkinin adamı niyə xoşbəxt etdiyini araşdırıblar
Spirtli içkilər ümumi sağlamlıq çərçivəsində müzakirə ediləndə, ondan istifadə etməyin yalnız pis tərəfləri nəzərə alınır. 
 
AzEdu.az xarici mətbuata istinadən bildirir ki, akademiklər Ben Baumberq Qeyqer və Corc MakKerron yeni eksperimentlərində spirtli içkilər və firavanlıq arasında əlaqəyə baxıblar və spirtli içkilərin adamları qısa müddətə olsa da xoşbəxt etdiyini sübut ediblər.
 
Onlar  iki istiqamətdə tədqiqat aparıblar: birində spirtli içki ilə uzunmüddətli xoşbəxtlik hissləri arasında əlaqə izlənilib, ikincisində “ təsadüfdən təsadüfə alkoqolla xoşbəxtliyin dəyişməsi” öyrənilib. Sonuncu eksperiment çox geniş olub-2 049 120 müşahidədən 31302 bunu hiss edib. 
 
Məlum olub ki, adamlar sərxoş vəziyyətdə özlərini çox yaxşı hiss edirlər.
 
Maraqlıdır ki, yaxşı ovqata məclisdəki adamlar belə təsir edə bilmir. Amma, sərxoşluğun kədərli təsirlərini də qeyd etməyi elmi əməkdaşlar unutmayıblar.
 
Redaksiyadan: görünür akademiklər eksperimentin nəticələrini içməyənlər üçün aparıblar, çünki bu hisslər içənlər üçün zatən tanışdır.(Moderator.az)