Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-31 11:00:00
ABŞ rəsmi olaraq  UNESCO  üzvlüyündən  çıxdı
 
Birləşmiş Ştatların 2017-ci ilin oktyabr ayında elan etdiyi UNESCO-dan çıxmaq barədə qərarı təşkilatın nizamnaməsinə uyğun olaraq bazar ertəsi qüvvəyə minib.
 
AzEdu.az  Report-a istinadən xəbər verir ki, bu gündən etibarən ABŞ UNESCO-da tam üzvlüyünü dayandırır və müşahidəçi dövlət statusuna keçir.
 
Bu, Vaşinqtonun faktiki olaraq daha üzvlük haqqı ödəməyəcəyi və 1972-ci il tarixli Mədəni və Təbii İrsin Qorunması Konvensiyasının müddəalarını yerinə yetirmək üçün məsul olan UNESCO-nun Dünya İrs Komitəsinə seçilə bilməyəcəyi anlamına gəlir.