Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-29 16:00:00
Alimlərdən valideynlərə sürpriz tədqiqat– “Dikbaş uşaqların uğurlu gələcəkləri olur”

Ağlasığmaz dikbaşlığı olduğunu düşündüyünüz bir uşağınız varsa, onunla hər gün məşğul olmaq heç də asan olmaya bilər.

Amma narahat olmayın; dikbaşlılıq uşağınızın gələcək karyerasına mühüm töhfələr verə bilər. İnadkar uşağınızın sizi qorxutmasına icazə verməyin. Böyüyəndə, inanın hər şeyə dəyəcək.

AzEdu.az xəbər verir ki, alimlər qrupunun uzun illərini həsr etdiyi tədqiqata əsaslanan, inadkar uşaqlar, daha üzüyola və passiv yaşıdlarına görə adətən hədəfli və peşələrində daha çox qazanan böyüklər olurlar.                                                                             

12 yaşlı 700  uşağı  40 il boyunca 52 yaşına qədər yaxından təqib edən araşdırmaçılar, uşaqlıqda inadkar olanların böyüyəndə adətən uğurlu və əzmli böyüklər kimi yetişdiyini ortaya çıxardı.

Bu cür uşaqların ən əsas xüsusiyyəti: Səbirsizlik; qaydaları pozmaz; hər şeyə müxalif olmaq; diqqətsizlik.

Tədqiqatçıların fikrincə, tez-tez ailənin qoyduğu qaydaları pozan uşaq böyüyəndə adətən məsuliyyət sahibi  insanlara çevrilirlər.

Dikbaşlı uşaqlar isə böyüyəndə digərlərinə nisbətdə rəqabətə daha  davamlı olurlar. Onlar elə uşaq ikən də sinifdə yüksək qiymət almaq üçün  hər şeyi edirlər. İstər böyük, istər kiçik olsun, həyatın gətirdiyi heç bir çətinlik onlara təsir etmir. Adətən dözümlü və çevik böyüklərə çevrilirlər.