Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-29 13:59:00
XI sinfi əvvəlki illərdə bitirənlər kolleclərə necə qəbul olunacaqlar? - Qaydalar

Məlum olduğu kimi 2019-cu ildən ali məktəblərə qəbul imtahanları tamamilə yeni qaydalar əsasında keçiriləcək. Buraxılış imtahanları qəbulun ilkin mərhələsi hesab olunacaq.

Bəs XI sinfi əvvəlki illərdə bitirən abituriyentlər üçün 11 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanı hansı qaydada həyata keçirilir?

XI sinfi əvvəlki illərdə Azərbaycanda bitirən və ya xaricdə yerləşən təhsil müəssisələrini cari və əvvəlki illərdə bitirən abituriyentlər tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) müsabiqəsində iştirak etmək üçün Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verməlidirlər. Qəbul imtahanını rus dilində verən abituriyentlər (2018-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.

Qeyd edək ki, əvvəlki illərin məzunları üçün 11 illik bazada kolleclərə qəbul imtahanı aprel ayında keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları