Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 09:30:00
Sumqayıtda yeni uşaq bağçası istifadəyə verildi  

Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Kompleksin ərazisində 50 yerlik uşaq bağçası da inşa edilib. Uşaq bağçasında balacaların təlim-tərbiyəsinin təşkili, onların istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, yaşayış kompleksi və uşaq bağçasından əlavə, ərazidə orta məktəb də inşa edilib. Məktəbin 540 şagird yerlik yeni korpusunda 21 sinif otağı var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait var.