Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-27 14:32:22
Kefiyyətli Avropa təhsilini ucuz qiymətə "satan" ölkə - Polşa TƏHSİLİ

Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə insanlar bəzən, xaricdə təhsil almağa üz tutur.

Azərbaycanda da  xarici ölkələrdə  təhsil almaq  və ya təhsilini davam etdirmək  istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi isə Asiya  ölkələrində təhsil  almağı hədəf seçib.

Son zamanlar tələbələr  Polşada təhsil almağa daha çox üstünlük verir.

Maraqlıdır, görəsən,  tələbələrin Polşada ali təhsil alması Azərbaycan təhsilinə nə qazandırıb?

AzEdu.az bununla bağlı yazını təqdim edir:

“Gəncliyin Elmi-Mədəni  İnkişafı”  İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə  ekspert  Sərdar Yusifoğlunun sözlərinə görə, gənclərin Polşada ali təhsil almasının səbəblərindən biri də təhsil haqqının sərfəli olmasıdır:

“Polşa universitetlərinin təhsil haqqında müəyyən güzəştlər var. Ölkənin işçiyə çox ehtiyacı olduğu üçün tələbələr burada oxumağa üstünlük verir.  Polşada təhsil almaq Azərbaycana təcrübəli və ingilis, polyak dillərini bilən gənclər qazandırır. Gənclərin Polşada oxuması Azərbaycana genişmiqyaslı təhsilin və əmək bazarında rəqabətə dözümlü kadrların gəlməsinə səbəb olacaq”. 

Xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev bildirib ki, Polşada oxumaq  keyfiyyətli Avropa təhsilini “ucuz qiymətə almaq” şansıdır:

“Polşa universitetlərini bir-birindən ayırmaq istəməzdim. Gənclərimiz Polşada oxumaqla ucuz qiymətə Avropa təhsilini qazanırlar. Polşada  yaşayış və təhsil haqqı olduqca sərfəlidir.  Orada təhsil almaq Erasmus+  kimi proqramlardan maksimum yararlanmaq deməkdir”.

Polşanın Lodz Universitetində oxuyan Faiq Qasımlının sözlərinə görə isə, gənclərimizin Polşada ali təhsil alması Azərbaycana heç nə qazandırmır:

“Gənclərin Polşada ali təhsil alması, fikrimcə, Azərbaycana heç nə qazandırmır. Tələbələrin Polşaya axın səbəbi oradakı universitetlərin təhsil haqqısının digər Avropa ölkələrinə nisbətən aşağı olmasıdır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları