Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-26 16:43:00
Əvvəlki ilin məzunu qəbulun II mərhələsində birbaşa iştirak edə bilər?  - İZAH

2019-cu ildə keçiriləcək yeni qəbul imtahanlarıyla bağlı suallar gəlməkdə davam edir.

Qaranlıq qalan məqamlardan biri də, əvvəlki illərin məzunlarının birbaşa olaraq ixtisas qrupları üzrə imtahanda iştirak edib-etməyəcəyi ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, buraxılış imtahanı formatında keçirilən imtahanda (XI sinfi cari ildə bitirən abituriyentlər buraxılış imtahanında) iştirak etməyən abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanına buraxılmırlar.Həmin imtahanda iştirak edib qəbul imtahanında iştirak etməyən abituriyentlər isə qeyd olunan ixtisas qrupları üzrə müsabiqəyə buraxılmır.

İzahı: Əvvəlki illərin məzunları buraxılış imtahanı verdiklərinə görə qəbul imtahanının birinci mərhələsindən azad olunmurlar. Onlar ali məktəblərə daxil olmaq istəyirlərsə, buraxılış imtahanı modelində əlavə imtahanda iştirak etməlidirlər. İmtahanın formatı cari ilin məzunları üçün keçirilən buraxılış imtahanı ilə tamamilə eynidir və səhv cavabların sayı doğru cavablara təsir göstərmir. Yalnız bu halda, onlar I,II,III və IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılırlar.

V ixtisas qrupu üzrə imtahanda iştirak etmək istəyən əvvəlki illərin məzunları isə qəbul imtahanının II mərhələsinə daxil olmadan, buraxılış imtahanı modelində əlavə imtahan verməklə müsabiqədə iştirak edə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə isə qabiliyyət imtahanında iştirak edib “məqbul” qiymət almaq məcburidir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları