Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-25 11:10:00
Dünya  universitetlərinin həsəd apardığı Kanada kollecləri – Təhsil haqqı 17 min AZN  

“Kanada kolleclərində dərs sisteminin 50%-i  stajlardan ibarətdir. Bu da  kolleci  bitirən  tələbələrin  iş tapmaq imkanını yüksəldir”.

Bu sözləri AzEdu.az-a  açıqlaması  zamanı xaricdə təhsil məsələləri üzrə mütəxəssis  Həsən  Əliyev  deyib. O bildirib ki, Kanadada kolleclər  tələbə qəbulunu  universitetlər qədər həyata keçirir:

“Kolleclərin üstün  cəhətləri həm peşəyönümlü,  həm də bakalavr  təhsil verməsidir. Kanadada  2+2 proqramı  vasitəsilə  tələbə iki il kollec,  bir o qədər də bakalavr  təhsili alaraq, bakalavr diplomuna sahib olur. Hətta bəzi  kolleclərin reytinqli universitetlərlə müqaviləsi olduğu üçün tələbələr sonuncu iki kursu bu  ali təhsil müəssisələrində  oxuyaraq diploma sahib olurlar”.

Ekspertin sözlərinə görə, Kanada kolleclərində oxuyan tələbələr dərsləri daha praktiki sahədə keçirlər:

 “Kanada kolleclərini universitetdən fərqləndirən  xüsusiyyəti də ondan ibarətdir ki,  tələbələr dərsləri daha praktiki sahədə  keçirlər. Hətta bir çox kolleclərdə dərs sisteminin 50%-i stajlardan ibarətdir. Bu daha  sonra tələbələrin iş tapmaq imkanını yüksəldir. Burada kolleclərin tək mənfi cəhəti ondan ibarətdir ki, əcnəbi tələbələr viza almaqda çətinliklərlə  üzləşə bilərlər. Buna görə də tələbələr  kollec seçərkən təcrübəli təhsil məsləhətçisinin tövsiyəsini almalıdırlar.

Kanada kolleclərində təhsil haqqı 17000 AZN-dən başlayır. Orada aylıq yaşayış üçün xərclər 600-900 dollar arasındadır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları