Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-29 07:44:44
İlahiyyat İnstitutuna tələbə qəbulu bu prosesdən asılı olacaq

“Azərbaycan İlahiyyat İnstitutu ilə bağlı Azərbaycan prezidentinin imzaladığı fərmana uyğun olaraq vəzifələr müəyyənləşdirilib.

Dini Qurumlar üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi,  Nazirlər Kabinetinin müvafiq qurumları lazımi tədbirləri həyata keçirib”.

AzEDU.az APA-ya istinadən xəbər verir ki, Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Qurbanlı bildirib ki, sifarişlər verilib, qəbul olunacaq tələbələrin sayı, ixtisaslar müəyyənləşib:

“Lakin hələlik İlahiyyat İnstitut üçün yer ayrılması məsələsi açıq qalır. İnşallah, yaxın vaxtlarda bu məsələ də həllini tapar. Bu il görülən işlər davamlı olarsa, bina məsələsi həllini taparsa, İlahiyyat İnstitutuna qəbul həyata keçiriləcək”.