Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 12:20:00
Eyni bal toplayan abituriyentlərin nəticəsi necə dəyərləndiriləcək? - Yeni qaydalar

Ali məktəblərə qəbul imtahanında eyni bal toplayan abituriyentlərin nəticələrinin dəyərləndirilmə qaydası açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na edilən dəyişikliklərdə qeyd edilib.

Dəyişikliklərə görə, ümumi balı eyni olan 2 və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası nəzərə alınacaq.

Bununla yanaşı, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal), qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal, qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi, qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar üzrə balların) sayı, qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı, qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal və qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal nəzərə alınacaq.