Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-22 16:31:51
"Müəllim liderliyi" layihəsi başa çatdı 

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci Qrant müsabiqəsinin qalibi olan “Müəllim liderliyi” layihəsinin icrası başa çatıb.

Layihə rəhbəri Həbib Əlizadə bildirib ki, bu layihədə əsas məqsəd  şagirdləri ilə səmimi,düzgün davranış və ünsiyyət qura bilən müəllim formalaşmasına dəstək olmaq idi. O, layihənin başa çatdığını və artıq layihə ilə bağlı müvafiq hesbatların da təqdim edildiyini bildirib.

Layihədə Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbi və Astara rayonu Artupa kənd tam orta məktəbinin müəllimləri iştirak ediblər. Layihə 10 sentyabr 2018 – 10 dekabr 2018-ci il tarixləri arasında həyata keçirilib.

Layihənin məqsədi peşəkar kompetensiyalara sahib, şagirdləri ilə səmimi, düzgün davranış və ünsiyyət qura bilən, valideynlərlə əməkdaşlığı yaxşı quran, öz həmkarlarına da dəstək olan  lider müəllim formalaşdırmağa dəstəkdir.

Həbib Əlizadə layihənin əsas fəaliyyətlər və əldə olunan nəticələrib haqda bunları deyib:

"Müəllim liderliyi layihəsi çərçivəsində müəllimlərin fəaliyyətləri müşahidə edildi və hər bir müəllimin mövcud problemlərini müəyyənləşdirərək, onların bunun fərqinə varması üçün çalışdıq. Keçirilən təlimlərin hansı nəticə verdiyini praktiki olaraq izləmək üçün  məktəblərdə sorğu keçirildi. Bu sorğu həm də problemlərin müəyyənləşdirilməsində obyektivliyi qorumaq məqsədi ilə şagirdlər arasında anonim təşkil edildi.

Sonrakı müddətdə mütəmadi olaraq təlimlər keçirildi. Tanınmış pedaqoq Bəhman Məmmədovun pedaqoji təlimləri baş tutdu. Bunun nəticəsində müəllimlər təlim üsullarını şagirdlərin yaşına uyğun olaraq düzgün seçib tətbiq etməyi, taksonomiyaların daha geniş tətbiqinin əhəmiyyətini anlamağı, təlim üsullarının seçilməsində meyarları  düzgün  müəyyənləşdirməyi, məktəblərdə geniş tətbiq edilən cəza və mükafat sisteminin üzun müddətdə effektsiz olmasını, çıxış yolunu isə şagirdlərdə məsuliyyət duyğusunu qazandırmaq olduğunu və bunun edilməsinin yollarını həm nəzəri, həm praktiki olaraq mənimsədilər. Pedaqoq şagirdlərlə düzgün davranış və ünsiyyətlə bağlı geniş təcrübələri bölüşdü.

Psixoloq Yeganə Özçələbi tərəfindən psixoloji təlim baş tutdu. Bu təlim nəticəsində müəllimlər şagirdlərdəki psixoloji vəziyyəti daha düzgün qiymətləndirə, şagirdləri dinləməyin əhəmiyyətini anlaya, məktəblilərin yaş psixologiyasını öyrənmiş oldular. Müəllimlərin psixoloji bilikləri artdı. Həmçinin müəllimlər şagirdlərini dinləməsinin əhəmiyyətini anladılar.Həmçinin Səbinə Əzizzadənin motivasiya yönümlü təlimləri baş  tutdu.

Təlimlərlə yanaşı iştirakçı müəllimlərə laihənin baş təlimçisi, pedaqoq Bəhman Məmmədovun “İdeal müəllim” kitabı vəsait kimi hədiyyə edildi. Təlim boyunca müəllimlər öz problemlərini və onun həlli yollarını müzakirə edərək bir-birilərinin inkişafına dəstək olmağa çalışdılar. Mütəmadi olaraq təlim mövzuları ilə əlaqədar videolar proyektor vasitəsilə təqdim olunub. Təlimlər nəticəsində şagirdlərin məktəbə bağlılığının artması, müəllim-şagird münasibətlərinin ənəvi təlimdə formalaşan standart düşüncə çərçivəsindən çıxmasına çalışıldı.

Ümumi olaraq təlimlərin nəticəsi kimi özünü və ətrafındakıları daim inkişaf etdirməyə çalışan, sosial aktivliyi olan, digər həmkarları ilə davamlı təmasda olan, müasir texnologiyalar və internet resuirslarından maksimum faydalı istifadə edə bilən,  yaradıcı olmağı sevən, şagirdini dinləyib onun istədiyi və ya ona uyğun olan modeli təşkil edən və buna görə də professional müəllim adlana biləcək müəllimlərin formalaşmasına töhfə verdiyini demək olar. Layihə sonunda iştirakşı müəllimlərə sertifikatlar təqdim olundu.

Təlimdə iştirak edən müəllimlər bildirib ki, təlimlər olduqca çox yaxşı səviyyədə təşkil olundu. Təlimdə mütəxəssislər tərəfindən şagirdlərlə daha yaxşı davranış və ünsiyyət qurmanın yollarını öyrənməyə çalışdıq. Bu təlimlər inkişafetdirici təlim kimi çox faydalıdır. Belə layihələrin çox olmasını istərdiklərini və bu kimi layihələr pedaqoji, psixoloji biliklərini və təcrübələrininin inkişaf etdiyini bildidilər".