Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-21 11:45:00
Azərbaycanda təhsil müəssisəsi necə açmaq olar?

Azərbaycanda xeyli özəl və dövlət təhsil müəssisələri fəaliyyət göstərir. Xüsusilə də özəl təhsil müəssisələrinin sayının artdığının şahidi oluruq. Bu, məktəbəqədər təhsil müəssisəsi və özəl liseylərin açılması ilə daha çox müşahidə olunur.

Bəs, Azərbayacanda kimlər təhsil müəssisəsi aça bilərlər?

AzEdu.az xəbər verir ki, ölkəmizdə təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan vətəndaşları ola bilərlər. Bu, təhsil haqqında qanunda da öz əksini tapıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də təhsil müəssisəsi aça  bilərlər. 

Amma bir şərtlə:

Təsisçisi əcnəbi və ya vətəndaşlığı olmayan, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin  müəllimləri arasında Azərbaycan vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə isə say nisbəti dəyişdirilə bilər.

Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və onların siyahısı isə öncə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməlidir.

Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları