Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-20 17:53:40
Sovet təhsil sisteminin son qalığı - Bağlanacaqmı?

Statistik göstəricilərə görə, bu gün Azərbaycanın orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.

Məlumdur ki, orta ixtisaslı kadrların işlə təminatı hazırda ali təhsil alanlara nisbətən daha çətindir. İstər təhsil, istər səhiyyə, istərsə də digər sahələrdə orta ixtisas təhsillilərin işə qəbulu ilə bağlı problemlər yaranır. Baxmayaraq ki, orta ixtisas müəssisələrində bir sıra ixtisaslar üzrə kadrlar yetişdirilir, amma bu təhsil işə qəbulda demək olar ki, nəzərə alınmır. Belə olduğu təqdirdə kolleclərin fəaliyyəti hansı əhəmiyyət daşıyır? 

AzEdu.az xəbər verir ki, təhsil eksperti Nadir İsrafilov Cebhe.info-ya açıqlamasında bildirib ki, orta ixtisas təhsili ümumtəhsil zəncirinin bir pilləsidir: “Artıq ölkəmizdə rassionallaşdırma tədbirləri aparılır. Müstəqillik dövründə yaradılan kolleclərin bir çoxu bağlanıb, bəziləri isə universitetlərin nəzdinə verilir. Məsələn, əvvəllər Sabir adına Texnikum adlandırılan Pedaqoji Kollec indi Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərir. Kolleclərin ümumiyyətlə ləğvi məsələsi isə gündəmdə deyil. Kolleclərə müəyyən imtiyazların verilməsi nəzərdə tutulur ki, bu çərçivədə kollec bitirənlərin universitetə müsabiqəsiz qəbulu də müzakirə olunur”. 

Nadir İsrafilov bildirir ki, ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün səmərəli yollar axtarılır. Kollec bitirənlərin işlə təminatına gəldikdə isə ekspert bildirir ki, bəzi ixtisaslar var ki, onlar üzrə işləmək üçün ali təhsil almağa ehtiyac yoxdur: “Kollec təhsili ilə də bu yerlərdə işləmək olur. Kolleclərdə təhsilin səviyyəsinə gəlincə, bu  başqa bir mövzudur. Çünki, təhsildə olan problemlər ümumi xarakter daşıyır. Ali məktəb bitirənlərin də arasında özünü doğrultmayanlar var. Elm sahəsində də problemlər olur. İndi magistratura təhsili alanlar da işlə təminatda çətinlik çəkirlər”.