Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-20 16:33:54
Fiziki məhdudiyyətli gənclərdən möhtəşəm jest, mükəmməl səsləndirmə - Beynəlxalq Bankla "Kitabı dinlə" - VİDEO

Azərbaycan Beynəlxalq Bankı ötən ilin 1 fevralında – Beynəlxalq Ana dili gününə özəl olaraq maraqlı bir layihənin icrasına başlayıb.

AzEdu.az xəbər verir ki, bu, “Kitabı dinlə” layihəsidir.

Layihə çərçivəsində Azərbaycan dilində müxtəlif kitabların səsli variantı hazırlanır. Səsli kitablar "kitabidinle.az" portalında yerləşdirilir.

Hər bir dinləyici bu portaldan kitabları onlayn dinləyə və ya fayl şəklində telefona, kompüterə, planşetə, avtomobillərin multi-media sisteminə yükləyərək oradan qulaq asa bilər.

Layihəyə xüsusi dəyər qatan daha bir cəhətsə bütün kitabların fiziki məhdudiyyətli şəxslər tərəfindən səsləndirilməsidir