Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 18:05:10
Azərbaycanda müəllim şagirdi vəhşicəsinə döydü

Şəmkir rayonunda şagird müəllimi tərəfindən döyülüb.

Azedu.az xəbər verir ki, hadisə rayonun Plankənd kəndində yerləşən Rövşən İsmayılov adına tam orta məktəbdə baş verib. Belə ki, məktəbin 6-cı sinif şagirdi Əsli adlı müəllim tərəfindən döyülüb. Şagird ağır xəsarətlər alıb.

Onun bel və bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığı bildirilir.

Hazırda şagirdin bədənindəki ağrılar səbəbindən dərsə gedə bilmədiyi vurğulanır.

Məsələ ilə əlaqədar sözügedən məktəbin direktoru Könül Məmmədova açıqlamasında əvvəlcə təhsil müəssisəsində belə bir hadisənin baş vermədiyini bildirsə də, daha sonra hadisənin sentyabr ayında baş verdiyini deyib: “Bizim məktəbdə bu hadisənin baş verdiyi barədə məlumatı yayan şəxsi məhkəməyə vermişik. Haqq öz yerini tapacaq. Nə istəyirsinizsə, yazın. Hadisə sentyabrda baş verib. Gəldilər, araşdırma apardılar, iş də bağlandı. İndi başqa yerdəyəm və danışa bilmirəm”.

Qeyd edək ki, sözügedən məktəb, eyni zamanda yararsız haldadır. Məktəb qəzalı vəziyyətdə olduğundan valideynlər övladlarının orada təhsil almasından narazıdırlar.(A24.az)