Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 09:15:00
Qəbul modelində növbəti sınaq imtahanı bu tarixdə keçiriləcək

Qəbul imtahanı modelində ikinci sınaq imtahanının keçiriləcəyi tarix məlum olub.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının keçirilməsi nəzərdə tutulur. İmtahanlar I, II,III və IV ixtisas qrupları üzrə təşkil olunacaq.

Xatırladaq ki, Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında keçiriləcək. Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında təşkil olunacaq.