Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-18 16:32:05
Əvvəlki məzunların kolleclərə qəbul bağlı ən çox verdiyi sual – 9 illik baza narahatlığı  

2019-cu ildə buraxılış və qəbul imtahanları tamamilə yeni format əsasında keçiriləcək. Yeni modelin detalları ictimaiyyətə elan olunsa da, qaydalar rəsmi qaydada təsdiqini tapmayıb.

Abituriyentlərə qaranlıq qalan məqamlardan biri IX sinfi əvvəlki illərdə bitirən məzunların 9 illik bazada kolleclərə qəbul imtahanlarıyla bağlıdır.

Əvvəlki illərin məzunları 9 illik bazada kolleclərə necə qəbul olunacaqlar?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə Azərbaycanda bitirən və ya xaricdə yerləşən təhsil müəssisələrini cari və əvvəlki illərdə bitirən abituriyentlər ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) müsabiqəsində iştirak etmək üçün Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən iki mərhələdə qəbul imtahanı verməlidirlər.

Qəbul imtahanını rus dilində verən abituriyentlər (2018-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.

Xatırladaq ki, IX siniflər üzrə buraxılış imtahanlarının birinci mərhələsinin 2019-cu ilin martında, II mərhələsinin isə iyununda keçirilməsi nəzərdə tutulub. XI siniflər üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları