Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-18 11:41:00
Məktəblilərimiz olimpiadalarda 131 medal qazanıb  

2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 28 gümüş və 100 bürünc medal olmaqla, ümumilikdə 131 medal qazanıb.

Təhsil Nazirliyindən AzEdu.az -a verilən məlumata görə, cari ildə Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. 

2013-2018-ci illərdə Təhsil Nazirliyinin idman və şahmat məktəblərinin yetirmələri beynəlxalq yarışlarda 537 qızıl, 468 gümüş, 681 bürünc medal qazanıb.