Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-18 10:30:00
Milli Aviasiya Akademiyasının dekanı vəfat edib

Milli Aviasiya Akademiyasının fakültə dekanı vəfat edib.

AzEdu.az-ın məlumatına görə, Akademiyanın Qiyabi fakültəsinin dekanı, dosent Gülsüm Zöhrabova dünyasını dəyişib.

Qeyd edək ki, Gülsüm Fərzulla qızı Zöhrabova 1965-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə 1967-ci ildə Xalq Təsərrüfatı İnstitutunda başlayıb. 1988-ci ildən Bakı Dövlət Universitetində Rus dili kafedrasında baş müəllim vəzifəsində işləyib. 2004-cü ildən MAA-nın Dil və ədəbiyyat kafedrasında əvvəlcə baş müəllim, hazırda isə dosent vəzifəsində çalışıb.