Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-17 16:35:35
Buraxılış imtahanına hazırlaşmaq üçün ən yaxşı metod – 2 manat xərcləyib, faydalanın   

Buraxılış imtahanı modelində onlayn sınaq imtahanları davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu dəfə tədrisi ingilis dilində olan XI sinif şagirdləri üçün onlayn sınaq imtahanları keçirilir.

Sınaq imtahanında istifadə olunan test tapşırıqları yenidir və heç bir imtahanda istifadə olunmayıb..

Onlayn sınaq imtahanında iştirak etmək istəyən şagirdlərə imtahandan sonra anında bal arayışını əldə etmək, yenidən test suallarına baxmaq, onları təhlil etmək, buraxılış imtahanına hazırlıq səviyyələrini yoxlamaq imkanı yaradır.

Sınaq imtahanında iştirak üçün xidmət haqqı 2 Azn təşkil edir. 

1-ci test vasitəsilə tədris dili Azərbaycan dilindən fərqli olan şagirdlər, ayrıca Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməlidirlər.

2-ci testdə isə Riyaziyyat və xarici dil kimi Rus, Alman və ya Fransız dili fənnlərindən imtahan verəcəksiniz. 

Xatırladaq ki,  imtahana yazılmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: http://otk.az/…

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları