Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-17 15:06:46
“Kollecdə oxuyanlara hərbi xidmətdə möhlət hüququ verilsin” - Deputatdan təklif  

Son illər kollec təhsili ilə bağlı ciddi islahatlar aparılır. Xüsusən də  orta ixtisas təhsilinin  yüksəldilməsi üçün bir sıra kolleclər ali təhsil müəssisələrinin  nəzdinə verilib.

Buna baxmayaraq, kolleclərdə oxuyan  qız  tələbələrin oğlanlardan daha çox olmasını əsas gətirərək, oğlan tələbələrin  hərbi xidmətdən möhlət hüququ  verilməsinin  Milli Məclis tərəfindən müzakirə olunması gözlənilir.

Millət vəkili  Tahir Kərimli  AzEdu.az-açıqlamasında bu faktı təsdiqləyib:

 

“Hesab edirəm ki, ali təhsil sisteminin  üzvü olmuş kollec tələbələrinə bu hüquq verilsin. Gələcəkdə də fikrimi müdafiə edə bilərəm.

“Təhsil haqqında” qanunda bakalavr, magistr təhsili alan  tələbələrin hərbi xidmətdən  azad olunması, möhlət verilməsi qanunda öz əksini tapıb. Ona görə də  kolleclərin hüquqi cəhətdən tam  birləşdirilməsi  başa çatdıqdan və  hüquq  müstəvisini tapandan sonra  bunu müzakirə etmək olar.

Sabah  Milli Məclisdə  artıq “Orta  təhsil haqqında” qanun  layihəsi müzakirə edəcəyik. Orada liseylər  və s. başqa  məsələlər var. Əgər orta təhsildə bir xeyli oynadığı rolu  ali təhsil sistemində   kolleclər oynaya bilirsə,  hesab edirəm ki, qanun verici qayda da kollec tələbələrinə də möhlət verilməsi məsələsi həll olunmalıdır.  

Yəni bizim kifayət qədər hərbi kontingentimiz var, deyərdim,  tamdır. Hesab edirəm  gələcəkdə də müdafiə edə bilərəm ki, ali təhsil sisteminin  üzvü olmuş kollec tələbələrinə eyni hüquq verilsin”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları