Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-17 12:21:53
Biləsuvarda zəif qəbul nəticələri – Tələbəsiz kəndlər  

Qəbul imtahanlarındakı  yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib, qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Biləsuvat rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

A.Həsənov adına Bağbanlar kənd orta məktəbi üzrə 2004-2006;

S.Babayev adına Əskərabad kənd orta məktəbi üzrə 1997-2001;

E.Kərimov adına Əmənkənd kənd orta məktəbi üzrə 1997-2001;

Ağalıkənd kənd orta məktəbi üzrə 2000-2002;

Çinarlı kənd orta məktəbi 2000-2007-ci və 2015-2016-cı illər;

İ.İsmayılov adına (əvvəlki Klubinka kənd orta məktəbi) Ovçubərə kənd orta məktəbi üzrə 1998-2010-cu və 2015-2016-cı illər;

R.Şirinov adına Təzəkənd kənd orta məktəbi üzrə 1996-2001-ci illər ərzində eç bir məzun tələbə adını qazana bilməyib.

Xatırladaq ki, Biləsuvar məktəblərində qəbul göstəriciləri respublika səviyyəsindən aşağıdır. Eyni zamanda məktəblərdə şagird azlığı da müşahidə olunur.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları