Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-16 14:30:00
Misirdə qədim sərdabə tapıldı

Misirin paytaxtı Qahirə şəhəri yaxınlığında yaşı 4 000 ildən çox olan məzar tapılıb.

AzEdu.az  xəbər verir ki, bu barədə Misirin qədim abidələr naziri Xalid əl-Ənnani təqdimat mərasimində məlumat verib.

Onun sözlərinə görə, məzarda Misir fironlarının Beşinci sülaləsinə (təqribən e.ə. 2504-2347) aid bir hökmdarı uyuyur.

“Rəngli bəzəkləri, heykəlləri ilə 2018-ci ilin ən dəyərli və gözəl tapıntılarından olan bu məzar həm də indiyədək qarətçilərin əli dəymədiyi üçün böyük əhəmiyyət daşıyır”, - deyə nazir bildirib.

X.Ənnani məzarda elmi tədqiqatların aparılacağını qeyd edib. (publika.az)