Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-16 13:30:00
 Rektor  tələbəsinə   görə  sosial  şəbəkə  istifadəçilərinə  müraciət etdi – Azərbaycanda

 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, çoxsaylı gənclərin, tələbələrin sevimli universitet rəhbəri olan professor İbrahim Cəfərov sosial şəbəkədə növbəti ibrətamiz addımla yadda qalıb.

AzEdu.az xəbər verir ki, İbrahim Cəfərov rektoru olduğu universitetin bir  tələbəsinin uğur qazanması üçün sosial şəbəkə istifadəçilərinə müraciət edib:

Axshamınız xeyir əziz dostlar, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Ruslan Vəliyev "İLİN TGT FƏALI" nominasiyası üzrə yarışda iştirak edir. Ruslan nəinki aqrar universitetin, eləcə də Gəncə şəhərinin, hətta ölkəmizin ən vətənpərvər, dəyərli, fəal, müasir düşüncə tərzinə malik, əla təhsil səviyyəsi ilə fərqlənən gənclərindən biridir. Ona görə də gəlin bir yerdə tələbəmizə dəstək olaq, səs verək, Onu bu nominasiyada qaliblərdən edək!!!