Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-15 17:19:00
Avropa Kosmik Agentliyi astronavtların dəri və sümüklərini çap edəbilən 3D bioprinter hazırlayır

Avropa Kosmik Agentliyi (ESA) Beynəlxalq Kosmik Stansiya və gələcək missiyalarda zədə alan astronavtların dəri, sümük və bütöv bədən hissələrini çap etməyə imkan verən üçölçülü bioprinterin hazırlanması ilə məşğuldur.

AzEdu.az ICTnews-a istinadən bildirir ki, Beynəlxalq Kosmik Stansiyada olan astronavtlara stansiyada və ya açıq kosmosa çıxan zaman ciddi zədə aldıqda tibbi yardım göstərmək mümkün olmur.

"ESA" nümayəndəsi Sandra Podhayski bildirib ki, uzaq kosmik missiyaların iştirakçıları hazırkı aşağı orbitli ekipajlarla müqayisədə tibbi yardımın göstərilməsi ilə bağlı daha ciddi problemlərlə üzləşəcəklər. "3D" bioçap məhz bu problemləri həll etməyə kömək edəcək", - o qeyd edib.

Hazırda "ESA" layihəsi ilkin mərhələdədir - kosmik agentlik Avropa ali məktəblərinin əməkdaşları ilə məsləhətləşmələr aparır. Proqramın həyata keçirilmə müddəti barədə məlumat verilmir.

Avropa Kosmik Agentliyi 1975-ci ildə kosmosun tədqiqi məqsədilə yaradılan beynəlxalq təşkilatdır. "ESA" 22 daimi üzvdən ibarətdir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.